Polad Bülbüloğlu Raisa Qalkinanın problemini həll etdi - FOTO

Polad Bülbüloğlu Raisa Qalkinanın problemini həll etdi - FOTO
  13 Sentyabr 2018    Oxunub:2028
Azərbaycanın Rusiyadakı səfirliyi Ulyanovskda yaşayan Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın yeni pasportunu ona təqdim edib.
AzVision.az Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən bildirir ki, Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səfir Polad Bülbüloğluna müraciət edərək, Ulyanovsk vilayətində yaşayan Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın ümumvətəndaş pasportunun müddətinin bitdiyini bildirib. T.Moskalkova Raisa Qalkinanın səhhəti ilə bağlı uzaq məsafə qət etməkdə çətinlik çəkdiyini və bu səbəbdən də yeni pasportunun ona yaşayış yerində verilməsində kömək göstərilməsini xahiş edib.



Səfir Polad Bülbüloğlunun tapşırığına əsasən, səfirliyin konsulluq şöbəsi tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Raisa Qalkinanın biometrik məlumatları götürülərək aidiyyəti üzrə göndərilib. Azərbaycanın müvafiq qurumları tərəfindən pasport qısa müddətdə dəyişdirilərək səfirliyə təqdim olunub.

Sentyabrın 12-də səfirliyin konsulluq şöbəsinin əməkdaşı Müsənnif Dadaşov Ulyanovsk vilayətinə ezam olunaraq, Larisa Qalkinaya yeni pasportunu təqdim edib.



Görüşdə Ulyanovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Lyudmila Krutilina, Rusiya İnsan Hüquqları üzrə Ombudsman Aparatının nümayəndələri Sergey Andrianov və Aleksandr Pelipçuk iştirak ediblər.

Ulyanovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Lyudmila Krutilina və Raisa Qalkina pasportun dəyişdirilməsində göstərilmiş köməyə görə Azərbaycan səfirliyinə təşəkkürlərini bildiriblər.

AzVision.az


Teqlər: Səfirlik   Pasport   Əlil  





Xəbər lenti