Bakıdan Naxçıvana 2312 sərnişin daşınıb

Bakıdan Naxçıvana 2312 sərnişin daşınıb
  13 Sentyabr 2018    Oxunub:1829
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən avqust ayında muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikro­avtobusların texniki müayinəsi keçirilib, 301 avtobusun qeydiyyatı aparılıb.
AzVision.az xəbər verir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 488 taksi əhaliyə xidmət göstərib. Avtovağzalların payız­-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilib, istilik sistemlərinin yoxlanılaraq işlək vəziyyətə gətirilməsi üçün xidmətdə yaradılmış komissiya tərəfindən lazımi tədbirlər həyata ­keçirilib.

Muzeylərdə taksi sürücülərinin seminar-məlumatlandırılması işinə avtobus sürücüləri də cəlb olunub, həftənin bir günü onların qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilib.

Avqust ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus mar­şrutu ilə Naxçıvandan Bakıya 2501, Bakıdan Naxçıvana isə 2312 sərnişin daşınıb.

AzVision.az


Teqlər: Naxçıvan   Sərnişin   Avtobus  





Xəbər lenti