Nazirlik: Avtoqəzaların sayı azalıb

Nazirlik: Avtoqəzaların sayı azalıb
  13 Sentyabr 2018    Oxunub:3542
2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir.

Ümumilikdə məişət, nəqliyyat, istehsalat və digər zədələnmələrə görə müraciətlərin ümumi sayı 13665 nəfər olub. Onların 8871 nəfəri hospitalizasiya olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti