Həyətində narkotik əkən şəxslər saxlanılıb

Həyətində narkotik əkən şəxslər saxlanılıb
  13 Sentyabr 2018    Oxunub:1259
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Siyəzən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini Mirmehdi Damətova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Eyni zamanda Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbə sakini Rahim Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti