Miqrasiya Xidmətinin rəisi ÜST-ün rəsmisi ilə görüşüb
Xidmət rəisi DMX-nin fəaliyyəti barədə məlumat verib. Miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə görülən əsaslı işlərdən, qanunvericiliyiə edilən son dəyişikliklərdə söhbət açıb. Bildirib ki, miqrasiya ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik təkmilləşdirilir, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilir.
Bu ilin avqustundan ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayan Fatoş Hande Harmancı görüşə görə minnətdarlıq edib. Məlumat verib ki, təşkilatın Azərbaycan Respublikasındakı ofisi 2004-cü ildən fəaliyyət göstərir və bir çox əhəmiyyətli ictimai səhiyyə sahələrində ölkəyə dəstək göstərir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
AzVision.az