Meşədə narkotik plantasiyası aşkalandı

  13 Sentyabr 2018    Oxunub : 830
Meşədə narkotik plantasiyası aşkalandı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Püstəqasım kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 90-150 sm olan 22 ədəd çətənə kolu aşkar edilib. Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.

AzVision.az

Teqlər: DİN   Narkotik