Jurnalistlər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər - FOTOLAR

Jurnalistlər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər - FOTOLAR
  13 Sentyabr 2018    Oxunub:2269
13 sentyabr 2018-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində “ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə növbəti görüş təşkil olunub.
AzVision.az xəbər verir ki, regionlarda yerləşən Heydər Əliyev Mərkəzlərində keçirilən tədbirlər çərçivəsində baş tutan görüşdə Azərbaycan Respublikasının Dövlət Dəniz Agentliyinin mətbuat katibi Tural Museyibov, ARB televiziyasının Xəbərlər Departamentinin redaktoru, BDU-nun dosenti Aynur Nəsirova, Milli.Az xəbər portalının əməkdaşı İlkin İzzət və digər qonaqlar iştirak ediblər.



Onlar peşə fəaliyyətləri dövründə ölkə daxilində və xaricində ulu öndər Heydər Əliyevin səfərlərində və görüşlərində jurnalist kimi iştiraklarından söz açaraq, xoş xatirələrini bölüşüblər.



Bu tədbirlər Ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə təşkil edilir.



Tədbirlər dövlətçilik, vətənpərvərlik, şəxsi inkişaf, mədəniyyət, sosial, təhsil və ekologiya istiqamətləri üzrə təlim, seminar, yarış və müzakirə formatında təşkil olunur.













AzVision.az


Teqlər: ASAN   Qəbələ   Könüllü  





Xəbər lenti