Son üç gündə 83 miqrant saxlanılıb - FOTOLAR

Son üç gündə 83 miqrant saxlanılıb - FOTOLAR
  13 Sentyabr 2018    Oxunub:1807
Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 83 nəfər əcnəbi saxlanılıb.
DMX-dən AzVision.az-a verilən məlumata görə, saxlanılmış şəxslərdən 11-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 6-nın gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, 1-nin əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq girişinə məhdudiyyət qoyulduğu, lakin əcnəbinin bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduğu, digər 65 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Saxlanılmış əcnəbilərdən 65-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirir.




AzVision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti