Kadr hazırlığı üçün yeni tədris mərkəzi yaradılır

Kadr hazırlığı üçün yeni tədris mərkəzi yaradılır
  13 Sentyabr 2018    Oxunub:2892
Azərbaycan Prezidenti İlham Əliyev tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlərin icrası kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə səbəb olub. Bu sahədə mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin artırılması qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Hazırda təlim-tədris işinin müasir səviyyədə qurulması, beynəlxalq standartlara keçidin sürətləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Sərəncamda qeyd olunur ki, tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti