Deputat az bal toplayan tələbələrlə görüşdü

Deputat az bal toplayan tələbələrlə görüşdü
  14 Sentyabr 2018    Oxunub:1406
Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıtda 300-dən az bal toplayaraq ali məktəbə qəbul olan tələbələrlə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın və texnologiyaların sürətli inkişafından danışan Tahir Mirkişili dünyada baş verən 4-cü sənaye inqilabı şəraitində gələcəyə yönəlik ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu xüsusi vuğulayıb. T.Mirkişili müasir dünyada əsas tələbin diploma deyil, yüksək bilik və bacarıqlara olduğunu, bunun üçün isə gənclərin tədris müddətində müasir biliklərə sahib olmalarının zəruriliyini gənclərin diqqətinə çatdırıb.



“Aşağı bal göstəriciləri sizi ruhdan salmamalıdır. Dünya xeyli sayda uğurlu insanlar var ki, universitetlərə yüksək balla daxil ola bilməyiblər. Ancaq sonradan onların ideyaları və innovativ fəaliyyəti çox uğurlu olub. Buna görə də siz universitetdə oxuduğunuz illərində daha əzmkar olmalısınız. Yeni ideyalara sahib olmalısız. Yaradıcı olmalısınız. Daim öz üzərinizdə çalışıb bilik və bacarıq əldə etməlisiniz. Belə olacaqsa heç şübhəsiz ki, böyük uğurlara imza atmış olacaqsınız. Müasir Azərbaycan gəncliyi bütün sahələrdə inanılmaz şəkildə əzmkardır və sizlərdən bu istiqamətdə böyük gözləntilər var”. Sonda tələbələrə innovativ hədiyyələr təqdim olunub.

AzVision.az


Teqlər: Tələbə  





Xəbər lenti