İrəvanda kimsəsiz gənclər aclıq aksiyası keçirir - (VİDEO)

İrəvanda kimsəsiz gənclər aclıq aksiyası keçirir - (VİDEO)
  14 Sentyabr 2018    Oxunub:2212
İrəvanda hökumət binası qarşısında etiraza qalxan internat evinin sakinləri aclıq aksiyasına başlayıblar.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçı gənclər dövlət tərəfindən onlara verilən mənzillərin başqa şəxslərə satıldığını bildiriblər. Onların dediyinə görə, indiyədək müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.



“18 il uşaq evində yaşayıb, sonra hərbi xidmətə getmişik. Hərbi xidmətdən gələndən sonra çöldə qalmışıq. Qalmağa yerimiz yoxdur. Dəfələrlə müraciət etsək də, dövlət qurumları şikayətimizə baxmır”, - deyə Davit Amoyan adlı kimsəsiz gənc vurğulayıb.

Etirazçılar problem həll olunana kimi aclıq aksiyasını davam etdirəcəklərini bəyan ediblər.



Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Aksiya   Etiraz   Aclıq  





Xəbər lenti