“Azeri Light”ın qiyməti ucuzlaşıb

  14 Sentyabr 2018    Oxunub : 459
“Azeri Light”ın qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq 78,22 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar artaraq 68,76 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,81 dollar ucuzlaşaraq 79,69 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft