Volkan Bozkır Bakıya gələcək

Volkan Bozkır Bakıya gələcək
  14 Sentyabr 2018    Oxunub:2366
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu gün keçirilən iclasda deyib.

Komitə sədri bildirib ki, səfər sentyabrın 18-də baş tutacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: TBMM   Səməd-Seyidov   Volkan-Bozkır  





Xəbər lenti