“Hərbi əlaqələrin güclənməsi dünyaya mesajdır” - Səməd Seyidov

“Hərbi əlaqələrin güclənməsi dünyaya mesajdır” - Səməd Seyidov
  14 Sentyabr 2018    Oxunub:1500
“Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Bu, bütün dünyaya bir mesajdır”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri bildirib ki, bu əlaqələr yalnız iqtisadi, mədəni və humanitar sahədə deyil, o cümlədən hərbi sahədə də yüksək səviyyədə inkişaf edir: “Güclü orduya malik olan Azərbaycan Türkiyənin və Gürcüstanın da dəstəyinə malikdir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Səməd-Seyidov  





Xəbər lenti