Kürdə suyun səviyyəsi azalıb
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 12 kubmetr təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində üç, Şirvanda iki, Salyanda dörd, Bankədə üç santimetr azalma, Araz çayının Novruzlu məntəqəsində isə bir santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 (2017-ci il sentyabrın 14-də 320 sm), Şirvanda 193 (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda 151 (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 (2017-ci il sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetrə (2017-ci il sentyabrın 14-də 58 sm) bərabərdir.
AzVision.az