“Uşaqlar məktəbdə yaxşı oxumalıdır” - İlham Əliyev (Yenilənib)

“Uşaqlar məktəbdə yaxşı oxumalıdır” - İlham Əliyev (Yenilənib)
  14 Sentyabr 2018    Oxunub:3497
Azərbaycanda təhsilə çox böyük diqqət göstərilir.

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində məktəbin bir qrup müəllim və şagirdi ilə görüşü zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, ehtiyac olunan ərazilərdə məktəb binalarının inşası aparılır: “Bu il Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var. Onları növbəti illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib. Onların içərisində 137 modul tipli məktəblər ucqar kəndlərdə tikilib. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, məktəb fondu Azərbaycanda ən yeni, müasir standartlara cavab verəcək”.

Prezident vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib: “Bu təhsil sahəsinə çox böyük töhvədir. Bir halda kı, belə bir gözəl şərait var, uşaqlar məktəbdə yaxşı oxumalıdır. Məktəb eyni zamanda müəllimlərin iş yeridir və müəllimlərin şəraiti yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı, bu peşənin hörməti artır. Bu, çox sevindirici haldır. Çünki, müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Məktəb   Təhsil  





Xəbər lenti