Prezident: "Neft və qaz resursları sadəcə bir vasitədir"

Prezident: "Neft və qaz resursları sadəcə bir vasitədir"
  14 Sentyabr 2018    Oxunub:2264
“Müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq”.

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində məktəbin bir qrup müəllim və şagirdi ilə görüşü zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, təhsil sahəsində aparılan islahatlar öz nəticəsini verir, təhsilin keyfiyyəti artır: “Biz bunu müxtəlif göstəricilərdə görürük. Ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcək. Uşaqlar isə yaxşı oxumalıdırlar. İlk növbədə gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün gərək bilikli, savadlı olsunlar”.

Prezident bildirib ki, Azərbaycanda ümumi savadlılığın səviyyəsi 100 faziə yaxındır: “Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın, inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Neft və qaz resursları sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar və yeniliklərdir.

Ona görə, Azərbaycanda gənclər bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiylara çox böyük dəstək verilir. Bu dövlət siyasətidir. Ona görə, ilk növbədə uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm də ölkəmizin inkişafına töhvə versinlər. Azərbaycan gəncləri vətənpərvər gənclərdir. Bundan sonrada gənclərimiz vətənpərvərlik, milli ruhda tərbiyə almalıdırlar”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev   Bilik  





Xəbər lenti