Türkiyə qırıcıları Bakı səmasında uçur

Türkiyə qırıcıları Bakı səmasında uçur
  14 Sentyabr 2018    Oxunub:2582
Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupu Bakıya gəlib.
AzVision.az xəbər verir ki, aviasiya qrupu “Azadlıq” meydanı və Bakı buxtası üzərində təlim uçuşları keçirib.

Qeyd edək ki, “Türk Ulduzları” sabah Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə nümunəvi uçuşlar edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Aviasiya   Türk-Ulduzları  





Xəbər lenti