Qida Təhlükəsizliyi İnstitutunda sədr təyinatı
Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az-a verilən məlumata görə, Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb.
2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.
S.Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. O, 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.
AzVision.az