İsrail silahları Bakıda nümayiş olunacaq - Liberman danışıqlarda

İsrail silahları Bakıda nümayiş olunacaq - Liberman danışıqlarda
  15 Sentyabr 2018    Oxunub:2602
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud və perspektiv əməkdaşlıq layihələri müzakirə edilib.

Görüşdə sentyabrda Bakıda keçiriləcək “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində İsrailin milli pavilyonla iştirak etməsindən məmnunluq ifadə olunub.

AzVision.az


Teqlər: Aviqdor-Liberman   ADEX  





Xəbər lenti