İlham Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib

İlham Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib
  15 Sentyabr 2018    Oxunub:2431
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.
AzVision.az xəbər verir ki, burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydular.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar.

AzVision.az


Teqlər: İlham-Əliyev   Ərdoğan  





Xəbər lenti