"Ordumuz döyüş meydanında öz gücünü göstərib" - İlham Əliyev

"Ordumuz döyüş meydanında öz gücünü göstərib" - İlham Əliyev
  15 Sentyabr 2018    Oxunub:3841
"Hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışında deyib.

Ölkə başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb yaradıb.

"Mənfur qonşular 90-cı illərin əvvəllərində Azərbaycanda qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə məhv edilib. Xalqımıza qarşı soyqırım törədilib. İşğal bu gün də davam edir".

Prezident qeyd edib ki, güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması üçün əsas şərtdir.

"Ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Parad  





Xəbər lenti