Paşinyan Koçaryanı və Sarkisyanı “siyasi meyit” adlandırdı

Paşinyan Koçaryanı və Sarkisyanı “siyasi meyit” adlandırdı
  16 Sentyabr 2018    Oxunub:2452
Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı siyasi meyit adlandırıb.
Erməni KİV-lərinin yaydığı məlumata görə, Paşinyan onların ölkənin daxili siyasətinə daha təsir etmək gücünə malik olmadıqlarını bildirib:

“Artıq bəyan etmişəm ki, Robert Koçaryan və Serj Sarkisyan daha siyasi faktor deyil. Onlar siyasi meyitdir. Lakin bu, o demək deyil ki, siyasi meyit ola-ola qanun qarşısında cavab verməməlidirlər”.

AzVision.az


Teqlər: Paşinyan   Sarkisyan   Koçaryan  





Xəbər lenti