Kursantlar and içdilər - FOTOLAR

Kursantlar and içdilər - FOTOLAR
  16 Sentyabr 2018    Oxunub:3974
Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin şəxsi heyətinin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Daha sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.



Təntənəli mərasimlərdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

















AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti