700 bal toplayan tələbələrlə görüş keçirilib - FOTOLAR

700 bal toplayan tələbələrlə görüş keçirilib - FOTOLAR
  17 Sentyabr 2018    Oxunub:2469
“ASAN Təlim-Tədris” mərkəzində ali təhsil müəssisələrinə 2018-2019 tədris ili üçün keçirilmiş qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplamış tələbələrlə görüş keçirilib.
AzVision.az xəbər verir ki, öncə tələbələr təbrik ediliblər və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzulanılıb.



Görüşdə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Qonaqlar, həmçinin “ASAN xidmət” mərkəzlərində onlar üçün həyata keçirilməsi nəzərdə tutulan könüllülük fəaliyyəti barədə də məlumatlandırılıblar.



Qeyd olunub ki, könüllülük fəaliyyəti müddətində ASAN könüllülük məktəbinin proqram modulları çərçivəsində ümumi və sahəvi təlimlərin təşkili nəzərdə tutulur.



Sonda tələbələrə simvolik hədiyyələr təqdim olunub.





AzVision.az


Teqlər: ASAN-xidmət   Tələbə  





Xəbər lenti