Tovuzun kəndlərində erməni təxribatı: 50-dən çox evə ziyan dəyib

Tovuzun kəndlərində erməni təxribatı: 50-dən çox evə ziyan dəyib
  17 Sentyabr 2018    Oxunub:2803
Xəbər verdiyimiz kimi, sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.
Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.

Tovuz rayonu Koxanəbi kənd icra nümayəndəsi Sadiq Abulov AzVision.az-a bildirib ki, iki gün davam edən atışma nəticəsində 30-a yaxın evin dam örtüyünə ziyan dəyib. Onun sözlərinə görə, mülki əhaliyə atəş açılsa da, yaralanan olmayıb.

Əsrik Cırdaxan kənd icra nümayəndəsi Telman Əmiraslanov isə qeyd edib ki, düşmənin təxribatı zamanı 20-ə yaxın evin dam örtüyünə ziyan dəyib. Evlərin şüşələri və divarları intensiv atəşə tutulub. Onun sözlərinə görə, hazırda kənddə sakitçilikdir.

Qaralar kənd icra nümayəndəsi Ramiz Əmiraslanov erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində bir neçə evə ziyan dəydiyini vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Düşmən   Təxribat  





Xəbər lenti