Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib

Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib
  17 Sentyabr 2018    Oxunub:2096
"Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir"
Bu barədə AzVision.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır.

"Azərbaycan tərəfindən fərqli olaraq əksinə son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir. O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır", - deyə nazirliyin məlumatında qeyd olunub.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti