Çılpaq şəkilləri ilə şantaj edilən qız

Çılpaq şəkilləri ilə şantaj edilən qız
  17 Sentyabr 2018    Oxunub:8831
Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3000 manat tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti