Məscidlərə qadın mollalar təyin ediləcək? - Komitədən açıqlama

Məscidlərə qadın mollalar təyin ediləcək? - Komitədən açıqlama
  17 Sentyabr 2018    Oxunub:4386
“Qadın din xadimlərinin təyinatı məsələsi hazırda Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında müzakirə mövusudur”

Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Komitə rəsmisi bununla bağlı təkliflərin olduğunu bildirib: “Qadın din xadimlərinin rəsmi dini ayin icraçısı kimi təyinatının həyata keçirilməsi müzakirə edilir. Qadınlar da dini ayinlərin icrası ilə məşğul olan zaman həm yaxşı, həm mənfi mənada təbliğat aparırlar. Bəzilərinin savadsızlığı, bilgisizliyi, gördüyü işlər xurafata aparır. Ona görə də həmin şəxslərlə müəyyən hazırlıq işləri görülməli, onlara bacarığın, peşəkarlığın artırılması üçün kurslar təşkil edilməlidir. Əgər məsələ təsdiqini tapsa, QMİ tərəfindən təyinatlar olacaq”.

S.Heydərov bildirib ki, təyinat reallaşan zaman qadın din xadimləri əmək haqqı alacaqlar.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səyavuş-Heydərov   Dini-Komitə  





Xəbər lenti