“Nəvəm prezidentin oğlu ilə eyni yerdə xidmət edir” - Xalq şairi
“Nəvəm mənim adımı və soyadımı daşıyır. Qızımın oğludur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Babasına baş ucalığı gətirən nəvədir. Onunla qürur hissi duyuram. Çox sevindim ki, nəvəm prezidentin oğlu ilə eyni vaxtda, eyni yerdə xidmət edir. Nəvəm evin bir övladıdır. Könüllü olaraq hərbi xidmətə getmək istədiyini deyirdi. Prezidentin oğlu Heydər Əliyev də, nəvəm də vətən uğrunda xidmət keçəcəklər. Hərbi xidmətə getmək hər bir gəncin vətənə borcudur. Rəhmətlik Heydər Əliyev sağ olsaydı, nəvəsinə baxıb qürur hissi keçirərdi”, - deyə Fikrət Qoca vurğulayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Fikrət-Qoca Əsgər