İnam Kərimov Gəncədə tələbələrlə görüşüb

İnam Kərimov Gəncədə tələbələrlə görüşüb
  17 Sentyabr 2018    Oxunub:3394
Bu gün Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019 tədris ilinin açılış mərasimi keçirilib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirmiş tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk olaraq 13 belə tələbənin Dövlət Aqrar İnkişaf Mərkəzlərində işlə təmin olunacağını deyən nazir bu ənənənin hər il davam etdiriləcəyini vurğulayıb.

Nazir İnam Kərimov qeyd edib ki, xidmətyönümlü fəaliyyət göstərəcək DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər.

AzVision.az


Teqlər: İnam-Kərimov  





Xəbər lenti