“ASAN peşə” Təhsil Mərkəzində ilk dərs

“ASAN peşə” Təhsil Mərkəzində ilk dərs
  18 Sentyabr 2018    Oxunub:2161
Sentyabrın 17-də Mingəçevir “ASAN peşə” Təhsil Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir təşkil olunub.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən, birinci müavin İlham İsmayılov müəllimləri, tələbə və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Amil Əlili peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu bildirib. Müvafiq sahədə aparılan islahatlar və həyata keçirilən layihələr barədə geniş məlumat verən A.Əlili peşə təhsili müəssisələrinə qəbulda “ASAN peşə” layihəsinin tətbiqinin, Mingəçevir “ASAN peşə” Təhsil Mərkəzinin yaradılmasının peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən olduğunu diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları “ASAN peşə” Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, cari tədris ilindən etibarən fəaliyyətə başlayan “ASAN peşə” Təhsil Mərkəzində beş ixtisas üzrə tədris aparılacaq. Üç mərtəbədən ibarət mərkəz müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, tədris olunacaq peşələrə uyğun ixtisas fənn kabinələri, təlim və tədris vəsaitləri ilə təchiz edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti