Hikmət Hacıyevi XİN-də kim əvəz edəcək?

Hikmət Hacıyevi XİN-də kim əvəz edəcək?
  18 Sentyabr 2018    Oxunub:2142
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yüksək vəzifəyə təyinat alıb. H.Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini təyin edilib.

AzVision.az Hacıyevin XİN-dəki vəzifəsini kimin icra edəcəyini dəqiqləşdirməyə çalışıb.
XİN-dən saytımıza bildirilib ki, hələlik mətbuat xidmətinə yeni rəhbər təyin olunmayıb, hazırda bu vəzifə boşdur.

Yeni mətbuat katibinin kim olacağı dəqiq məlum deyil. Ehtimal edilir ki, xarici işlər naziri Elmar Məmmədyarov yaxın günlərdə əmr imzalayaraq, təyinat həyata keçirəcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev  





Xəbər lenti