Gəncənin icra başçısı sakinlərlə görüşüb

  18 Sentyabr 2018    Oxunub : 3938
Gəncənin icra başçısı sakinlərlə görüşüb
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir səyyar qəbul keçirib.
AzVision.az xəbər verir ki, bu dəfə şəhərin 1-ci mikrorayon ərazisində yaşayan sakinlərin şikayət və təklifləri dinlənilib. Ərazidə yaşayan 50-yə yaxın vətəndaş, “açıq mikrofon” şəraitində keçən qəbulda, öz müraciətini dilə gətirib. Çoxmərtəbəli binalarda liftlərin təmiri və dam örtüklərinin yenilənməsi sakinlərin həllini istədikləri ümumi məsələlərdən olub.



Qəbulda Cavad xan qəsəbəsinin sakinləri də iştirak ediblər. Su, qaz və işıqla təminatla bağlı müraciət edən vətəndaşlara bildirilib ki, qəsəbədə yaxın günlərdə yeni transfarmator quraşdırılacaq. Qazlaşdırılmayan ərazilərə mavi yanacağın çəkilişi isə 2019-cu ilə planlaşdırılır. Bundan başqa şəhərin Vəli Xuluflu küçəsində sənədsiz evlərin qanuniləşdirilməsi üçün qeydiyyata alınması istiqamətində göstəriş verilib.



Torpaq sahəsi ilə təminatla bağlı müraciət edən sakinlərin növbəyə götürülmələri Kəpəz və Nizami Rayon Bələdiyyələrinə tapşırılıb. Səsləndirilən digər bir sıra problemlər yerindəcə öz həllini tapıb, ehtiyac olanların isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

AzVision.az

Teqlər: Gəncə