Naxçıvanda 45 müəllim işlə təmin olunub

  18 Sentyabr 2018    Oxunub : 528
Naxçıvanda 45 müəllim işlə təmin olunub
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov görüşdə bildirib ki, ilkin mərhələdə Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə 165 vakant iş yeri müəyyənləşdirilib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 528 namizəd sənəd təqdim edib ki, onlardan da 45 müəllim işlə təmin olunub.

Qeyd olunub ki, stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin doqquzunun yaşayış yeri Naxçıvan şəhəridir.



Gənclərin ucqar dağ kəndlərində həvəslə pedaqoji fəliyyətə başlamasına səbəb burda təhsil üçün yaradılan yüksək şəraitdir. Bundan başqa həmin yaşayış məntəqələri günü-gündən müasirləşir və ifrasturkturu yenilənir. Bütün bunlar isə təbii ki, muxtar respublikamızda həyata keçirilən məqsədli tədbirlərin məntiqi nəticəsidir.

Təhsil naziri yeni dərs ili münasibətilə gənc müəllimləri təbrik edib. Onlara xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən bilikli gənc nəsilin yetişdirilməsində səylə çalışmalarını tövsiyə edib.

Sonda gənc müəllimlərə metodiki vəsaitlər təqdim olunub.

AzVision.az

Teqlər: Naxçıvan   Müəllim