Şəhid Müşfiq Orucovun doğum günüdür - FOTOLAR

Şəhid Müşfiq Orucovun doğum günüdür - FOTOLAR
  18 Sentyabr 2018    Oxunub:8713
Bu gün 2016-cı ilin aprel döyüşlərində şəhid olan əsgərimiz Müşfiq Orucovun doğum günüdür.
AzVision.az xəbər verir ki, Müşfiq Orucov 18 sentyabr 1994-cü ildə Bakıda anadan olub. Ailəsi Zəngilan rayonundan məcburi köçkündür. 7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq yüksək bal toplayaraq Azərbaycan Texniki Universitetinə qəbul olub.



2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşən Müşfiq aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də şəhid əsgərimiz böyük izdihamla Bakıda Dədə Qorqud qəbristanlığında dəfn edilib.



Şəhid Müşfiq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.













AzVision.az


Teqlər: Müşfiq-Orucov   Şəhid  





Xəbər lenti