"İtcity.academy" informasiya texnologiyaları təlimlərinə başladı

"İtcity.academy" informasiya texnologiyaları təlimlərinə başladı
  18 Sentyabr 2018    Oxunub:4574
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya Mərkəzi və İtcity.academy proqramlaşdırma, informasiya texnologiyaları sahəsində digər nəzəri-praktiki təlimlərə dəvət edir.
AzVision.az xəbər verir ki, inkişaf edən bütün sferalarda informasiya texnologiyalarının payının durmadan artması, proqramlaşdırma bacarıqları olan işçilərə mövcud və artan tələbat, ölkəmizdə informasiya texnologiyalarını uğurla inkişaf etdirəcək sosial bazanın ciddi genişləndirilməsi arzusu əsasında bu sahədə beynəlxalq təcrübəsi olan və xaricdə təhsil almış mütəxəssislərdən ibarət olan heyət İtcity.academy-ni təsis edib.

İtcity.academy proqramlaşdırma sahəsində karyera qurmaq istəyən, bu sahədə yeni başlayan şəxslərə və imkanlarını genişləndirmək isətəyən təcrübəli kadrlara, korporativ müştərilərə əhatəli təlim paketləri təqdim edir. Burada Veb proqramlaşdırma, Big Data, Database proqramlaşdırma, AWS Cloud texnologiyaları, Mobil proqramlaşdırma (Android/iOS), Veb və qrafik dizayn istiqamətlərində intensiv nəzəri və praktiki təlimlər keçirilir.

İtcity.academy kurslarını uğurla tamamlamış məzunlar müvafiq sertifikatlarla mükafatlandırılmaqla geniş partnyor şəbəkəsinə çıxış imkanı, sahəvi aparıcı strukturlar, yerli şirkətlərdə işlə təmin olunmaq və təqaüd proqramlarından istifadə etmək şansı əldə edir. Məzunlara ödənişsiz surətdə iş müsahibələrinə hazırlıq, peşəkar portfelin yaradılması və digər İKT karyera xidmətləri təmin edilir. https://itcity.academy

İnformasiya texnologiyalarının öIkəmizdə inkişafı gənclərə geniş üfüqlər açır.

AzVision.az


Teqlər: İtcity.academy  





Xəbər lenti