Biləsuvar avtomobil yolu yenidən qurulur

Biləsuvar avtomobil yolu yenidən qurulur
  18 Sentyabr 2018    Oxunub:2012
Prezident İlham Əliyev sentyabrın 18-də “Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti