Türkiyə polisi İŞİD "əmiri"ni həbs edib

Türkiyə polisi İŞİD "əmiri"ni həbs edib
  18 Sentyabr 2018    Oxunub:2414
Türkiyə polisi İŞİD terror təşkilatının 2 üzvünü – “Sincar əmiri” Əbdülxaliq Kürdi və və onun oğlu Mehi Kürdini həbs ediblər.
AzVision.az “İHA” agentliyinə istinadən xəbər verir ki, onlar Kayseridə həyata keçirilən anti-terror əməliyyatı zamanı tutulublar.

Həbs edilən hər iki terrorçunun İraqda İŞİD-in tərəfində döyüşdüyü aydınlaşıb. Əbdülxaliq Kürdi Sincar şəhərində “İŞİD əmiri” kimi tanınır. Oğlu isə İŞİD-in sıravi döyüşçülərindəndir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: türkiyə   İŞİD   İraq  





Xəbər lenti