DİN həkim vəzifələrinə müsabiqə elan edib
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci il sentyabrın 15-dən oktyabrın 15-dək https://azvision.az/redirect.php?url=http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər bu sənədləri təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün), əmək kitabçasının surəti.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-20-59, (012) 590-20-94.
AzVision.az