"Kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb"
Biləsuvar rayonunda kənd təsərrüfatının, o cümlədən pambıqçılıq və digər sahələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, rayonda son üç il ərzində pambıq əkini sahələri üç-dörd dəfə artırılıb:
“Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik”.
AzVision.az
Teqlər: