Nazirlik zavodu məhkəməyə verdi
Faktla bağlı “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC barəsində akt və hüquqi şəxs qismində protokol tərtib edilib və müəssisə barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sabunçu rayon məhkəməsinə göndərilib.
Xatırladaq ki, ETSN-nin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayında “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin şüşə-boru sexinin ətraf ərazilərində monitorinq aparılıb və atmosfer havasına atılan zərərli maddələrin sanitar norma həddini keçdiyi müəyyən edilib. Zavodun icraçı direktoru İsgəndər Əliyev inzibati qaydada 2500 manat məbləğində cərimə olunub və çatışmazlıqların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
AzVision.az