Axtarışda olan 33 nəfər tutulub

Axtarışda olan 33 nəfər tutulub
  19 Sentyabr 2018    Oxunub:1341
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Cinayət   DİN   Axtarış  





Xəbər lenti