İrandan gələn qadın heroinlə tutuldu - VİDEO

İrandan gələn qadın heroinlə tutuldu - VİDEO
  19 Sentyabr 2018    Oxunub:1404
Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə İran İslam Respublikası vətəndaşı Mahdioghli Roghayeh Hasan qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirməsi barədə əməliyyat məlumatı daxil olub.
Komitədən AzVision.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşın üzərinə və əl yüklərinə baxış keçirilib.

Baxış zamanı, vətəndaşa məxsus içərisində şəxsi əşyalar olan yük çantasında, 1 ədəd sellofan torbanın içərisində müxtəlif rəngli şarlara bükülmüş 10 ədəd yumru formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində açıq qəhvəyi rəngli, ümümi çəkisi 555 qram olan narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: Gömrük  





Xəbər lenti