27 ildə qəbul edilən qanunların sayı açıqlandı

27 ildə qəbul edilən qanunların sayı açıqlandı
  19 Sentyabr 2018    Oxunub:2038
Aparılan müşahidələr və təhlillər göstərir ki, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti üçüncü çağırışa qədərki dövrdə ölkə həyatında, dövlət quruculuğunda və qanunvericiliyin "sabitləşməsi”ndə vacib olan normativ hüquqi aktların, məcəllələrin, konstitusiya qanunlarının qəbulu fonunda yadda qaldı.
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Vitse-spiker qeyd edib ki, normayaratma fəaliyyəti ilə bağlı ümumi statistikaya nəzər salsaq görərik ki, I çağırış Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 797, II çağırışda 843, III çağırışda 956, IV çağırışda 1267, V çağırışda (29 iyun 2018-ci ilə qədər) 1129 qanun qəbul olunub.

"1991-ci ildən 1995-ci ilə qədər qəbul olunmuş aktların təqribi sayı isə 1000-dən çoxdur. Beləliklə, Milli Məclis tərəfindən son 27 il ərzində qəbul edilmiş qanunların ümumi sayı - mövcud qanunvericiliyə dəyişikliklər edilməsi və beynəlxalq müqavilələrin təsdiq edilməsi haqqında qanunlar da daxil olmaqla - 5992-yə yaxındır".

AzVision.az


Teqlər: Milli-Məclis   Ziyafət-Əsgərov  





Xəbər lenti