Zakir Həsənov döyüş qabiliyyətini yoxladı - FOTOLAR

Zakir Həsənov döyüş qabiliyyətini yoxladı - FOTOLAR
  19 Sentyabr 2018    Oxunub:2634
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib. Təlimlər davam edir.








AzVision.az


Teqlər: MN   Təlim   Zakir-Həsənov  





Xəbər lenti