Omanın Dövlət Şurası sədri Bakıya gəlib

Omanın Dövlət Şurası sədri Bakıya gəlib
  19 Sentyabr 2018    Oxunub:1862
Oman Respublikasının Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Yahya bin Məhfuz Əl-Munzirini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: Oman  





Xəbər lenti