Qubadan Bakıya gələn yol bağlanır

Qubadan Bakıya gələn yol bağlanır
  19 Sentyabr 2018    Oxunub:1912
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, yolun sözügedən hissəsində Quba istiqaməti üzrə aparılan təmir işləri artıq yekunlaşdırılıb. 20 sentyabr tarixindən yolun əks, yəni Bakı şəhəri istiqamətində olan hissəsində təmir işlərinə start verilir. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti