Bakı metrosunda problem yaranıb
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün saat 19:30 radələrində "İçəri Şəhər" - "Həzi Aslanov" marşrutu üzrə hərəkətdə olan qatar "28 May" stansiyasına daxil olarkən texniki problem yaranıb.
Problem qısa müddətdə aradan qaldırılıb. Qatarların hərəkəti qrafik üzrə davam edir.
AzVision.az