Pakistan Senatının sədri Azərbaycanda

Pakistan Senatının sədri Azərbaycanda
  20 Sentyabr 2018    Oxunub:1868
Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Məhəmməd Sadiq Səncarini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az



Teqlər: Pakistan   Parlament   Senat   Sədr  





Xəbər lenti